İçeriğe geçmek için "Enter"a basın

"Formula 1": Daha 2 Qran-prinin yeri və vaxtı açıqlandı

10-07-2020

[r32]
2020-07-10T13:21:10 xeber –

“Formula 1” üzrə dünya çempionatında daha 2 Qran-prinin yeri və tarixi açıqlanıb.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, mövsümün 9-cu mərhələsi İtaliyada olacaq. Toskana Qran-Prisi 11-13 sentyabrda Mudcello trasında baş tutacaq.

Sayca 10-cu yarışa isə Rusiya ev sahibliyi edəcək. Soçidəki Qran-Pri 25-27 sentyabrda keçiriləcək.

Qeyd edək ki, “Formula 1″də ilk 8 Qran-Prinin təqvimi daha əvvəl açıqlanıb. Mövsümə iyulun 3-də Avstriyada start verilib. Bu mərhələnin qalibi “Mercedes” pilotu Valtteri Bottas olub. İkinci yarış da sözügedən ölkədə (10-12 iyul) keçiriləcək.

Daha sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz olacaq.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.


mənbə :
Report.az

"Formula 1": Daha 2 Qran-prinin yeri ve vaxti aciqlandi