İçeriğe geçmek için "Enter"a basın

Baş məşqçilər "Qarabağ" və "Neftçi"nin futbolçularını seçdi

10-07-2020

[r32]
2020-07-10T10:17:09 xeber –

Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri 2019/2020 mövsümünün ən yaxşı futbolçusu adına öz namizədlərini açıqlayıblar.

“Report”un məlumatına görə, sorğuda iştirak edən 8 mütəxəssisdən 3-ü Qara Qarayevə, 2-si Mahir Emreliyə (hər ikisi “Qarabağ”) səs verib.

Digərləri isə “Neftçi”dən Stiven Monroz və Emin Mahmudovu, həmçinin “Qarabağ”dan Xayme Romeronu seçiblər.

Baş məqçilərin seçimləri aşağıdakı kimidir:

Qurban Qurbanov (“Qarabağ”) – Stiven Monroz (“Neftçi”)
Füzuli Məmmədov (“Neftçi”) – Qara Qarayev (“Qarabağ”)
Tərlan Əhmədov (“Keşlə”) – Qara Qarayev (“Qarabağ”)
Ayxan Abbasov (“Sumqayıt”) – Mahir Emreli (“Qarabağ”)
Zaur Həşimov (“Zirə”/istefa verib) – Qara Qarayev (“Qarabağ”)
Jelko Sopiç (“Sabah”/istefa verib) – Xayme Romero (“Qarabağ”)
Aftandil Hacıyev (“Səbail”) – Mahir Emreli (“Qarabağ”)
Elmar Baxşıyev (“Qəbələ”) – Emin Mahmudov (“Neftçi”)

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Keşlə”yə məxsus Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək. 


mənbə :
Report.az

Bas mesqciler "Qarabag" ve "Neftci"nin futbolcularini secdi