İçeriğe geçmek için "Enter"a basın

Azərbaycandakı Qran-Prinin səfiri çempion olduğu komandaya qayıtdı

08-07-2020

[r32]
2020-07-08T16:00:20 xeber –

“Formula 1” üzrə ikiqat dünya çempionu Fernando Alonso “Renault” komandasına qayıdıb.

“Report” xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

39 yaşlı ispaniyalı sürücü 2021-ci ildə “Renault”un üzvü olacaq.

Qeyd edək ki, Fernando Alonso 2005-2006-cı illərdə məhz “Reanult” komandasının heyətində dünya çempionluğunu qazanıb. 39 yaşlı pilot 2016-cı ildə Azərbaycanda keçirilmiş Avropa Qran-prisinin səfiri olub.


mənbə :
Report.az

Azerbaycandaki Qran-Prinin sefiri cempion oldugu komandaya qayitdi