İçeriğe geçmek için "Enter"a basın

Afrikalı hücumçu "Qəbələ"dən ayrılır

08-07-2020

[r32]
2020-07-08T13:55:20 xeber –

İcarə əsasında İsrailin “Hapoel” (Kiryat-Şmona) klubunda çıxış edən Ceyms Adeniyi “Qəbələ”dən ayrılmaq istəyir.

“Report”un məlumatına görə, bu barədə nigeriyalı futbolçu yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı hücumçu bildirib ki, daha bir il Kiryat-Şmona təmsilçisində çıxış etmək niyyətindədir. Afrikalı oyunçu bunun üçün “qırmızı-qaralar”la danışıq aparacağını söyləyib. O, əyalət klubu ilə müqaviləsini pozmaq istədiyini əlavə edib.

Qeyd edək ki, 2018-ci ilin yayında “Qəbələ” ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub.


mənbə :
Report.az

Afrikali hucumcu "Qebele"den ayrilir