İçeriğe geçmek için "Enter"a basın

"Milan" "Yuventus"u məğlub etdi

08-07-2020

[r32]
2020-07-08T01:43:56 xeber –

Futbol üzrə İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşü “Milan” və “Yuventus” komandaları arasında keçirilib. 

“Report”un məlumatına görə, “Cüzeppe Meatsa” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:2. Qolların hamısı ikinci hissədə vurulub. Əvvəlcə “Yuventus” Adrien Rabyo 48-ci, Kriştianu Ronaldu isə 53-cü dəqiqədə fərqlənib. 

Lakin “Milan” az sonra 6 dəqiqəyə 3 qol vurub. 63-cü dəqiqədə Zlatan İbrahimoviç dəqiq penalti zərbəsi ilə fərqi azaldıb, 66-cı dəqiqədə Frank Kessi bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ante Rebiç qoyub. 

Beləliklə, 75 xala malik “Yuventus” 68 xalla 2-ci pillədə olan “Latsio”nun “Leççe”yə səfərdə 1:2 hesabı ilə uduzmasından sonra, ən yaxın izləyicisi ilə xal fərqini artıra bilməyib. Xalını 49-a çatdıran “Milan” isə 5-ci pilləyə yüksəlib. 


mənbə :
Report.az

"Milan" "Yuventus"u meglub etdi