İçeriğe geçmek için "Enter"a basın

RAGB əlaçı tələbələr üçün müsabiqə keçirir

07-07-2020

[r32]
2020-07-07T18:52:31 xeber –

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) əlaçı təqaüdü müsabiqəsinə başlayır.

“Report”un Rusiya bürosuna təşkilatın Mətbuat xidmətindən verilən məlumata görə, RAGB sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən müsabiqədə iştirak edəcək əlaçı tələbələr illik təhsil haqqını ödəməkdən azad olmaq şansı əldə edir.

Müsabiqənin iştirakçıları Rusiyada fəaliyyət göstərən universitetlərdən birində bakalavr proqramı ilə təhsil alaraq indiyədək bütün imtahanlardan, məqbullardan, kurs işləri və praktikalardan yalnız əla qiymətlərinə malik olmalıdır. İştirakçının vətəndaşlığı nəzərə alınmır.

Müsabiqədə iştirak etmək üçün sənədləri və müvafiq ərizəni iyulun 20-dən təqdim etmək lazımdır.


mənbə :
Report.az

RAGB elaci telebeler ucun musabiqe kecirir