[r32]
 2020-07-07T17:36:40 xeber –  
İranın “İstiqlal” klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.
“Report” IRNA-ya istinadən xəbər verir ki, 61 nəfərdən götürülmüş analizlərdən sonra 12 nəfərdə infeksiya aşkarlanıb.
Bunlardan 11-i futbolçu, 1-i isə komandanın tibb personalıdır. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.
Qeyd edək ki, İran koronavirusa yoluxanların sayına görə dünyada ilk “10-luğ”a düşüb.
                             
mənbə : 
Report.az