İçeriğe geçmek için "Enter"a basın

Paris marafonu 2-ci dəfə təxirə salındı

06-07-2020

[r32]
2020-07-06T17:24:44 xeber –

Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan qaçış marafonu koronavirus pandemiyası səbəbindən növbəti dəfə təxirə salınıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də keçirilməli olan marafon noyabrın 15-də baş tutacaq.

Daha əvvəl yarışın aprelin 5-də təşkili nəzərdə tutulsa da, sonradan mövcud vəziyyətlə bağlı oktyabrın 18-nə təxirə salınmışdı.

Qeyd edək ki, buna qədər Roma, Boston, Dublin, Berlin və Nyu-York marafonlarının da tarixləri eyni səbəbdən dəyişdirilib.


mənbə :
Report.az

Paris marafonu 2-ci defe texire salindi