İçeriğe geçmek için "Enter"a basın

Çempionlar Liqası: UEFA cavab oyunları ilə bağlı qərar verdi

06-07-2020

[r32]
2020-07-06T15:23:59 xeber –

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib.

Rəsmi açıqlamanın iyulun 10-da veriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib.

1/8 finalda isə "Yuventus" (İtaliya) – "Lion" (Fransa), "Mançester Siti" (İngiltərə) – "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) – "Napoli" (İtaliya) görüşləri olacaq.


mənbə :
Report.az

Cempionlar Liqasi: UEFA cavab oyunlari ile bagli qerar verdi