İçeriğe geçmek için "Enter"a basın

"Liverpul" İspaniya millisinin üzvünə 4 illik müqavilə təklif etdi

04-07-2020

[r32]
2020-07-04T17:35:05 xeber –

İngiltərə çempionu olan "Liverpul" Almaniyanın "Bavariya" klubunun futbolçusu Tyaqo Alkantara ilə fəal danışıqlar aparır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı ispan yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib. 

"Bavariya" İspaniya millisinin üzvü üçün "Liverpul"dan 35 milyon avro istəyir. Oyunçunun bir mövsüm ərzindəki maaşı isə 8 milyon avrodur. 

Qeyd edək ki, Tyaqo Alkantara 2019/2020 mövsümündə "Bavariya"nın heyətində 35 oyunda meydanda olub, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. 


mənbə :
Report.az

"Liverpul" İspaniya millisinin uzvune 4 illik muqavile teklif etdi