İçeriğe geçmek için "Enter"a basın

"Formula 1" koronavirus testlərinin nəticələrini açıqladı

04-07-2020

[r32]
2020-07-04T12:15:46 xeber –

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" koronavirus testlərinin nəticələrini açıqlayıb. 

"Report" "Formula 1"in rəsmi saytına istinadən xəbər verir ki, 26 iyun – 2 iyulda 4032 şəxs testdən keçib. Onlardan heç birinin nəticəsi müsbət olmayıb. 

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

 

 


mənbə :
Report.az

"Formula 1" koronavirus testlerinin neticelerini aciqladi