İçeriğe geçmek için "Enter"a basın

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var 

03-07-2020

[r32]
2020-07-03T20:13:55 xeber –

Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un məlumatına görə, "Mercedes" markalı minik avtomobili ilə "QAZel" markalı yük maşınının toqquşması nəticəsində "Mercedes"də olanlardan 2 nəfər – 1995-ci il təvəllüdlü İlkin Xüdayarov və 1997-ci il təvəllüdlü Aygün Həsənova xəsarət alıb.

Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Yevlaxda iki avtomobil toqqusub, xesaret alanlar var