İçeriğe geçmek için "Enter"a basın

Başından xəsarət alan qapıçı ciddi zədədən qurtuldu

03-07-2020

[r32]
2020-07-03T14:38:50 xeber –

İtaliyanın "Napoli" klubunun qapıçısı David Ospina ciddi zədədən qurtulub. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, A Seriyasının XXIX turunda "Atalanta" ilə görüşdə başından xəsarət alan 32 yaşlı qolkiperin durumu yaxşıdır. 

Ospina komanda yoldaşı Mariu Ruy və "Atalanta"nın oyunçusu Mattia Kaldara ilə sərt toqquşmadan sonra 30-cu dəqiqədə əvəzlənib. Başından qan açılan qapıçının tezliklə yaşıl meydanlara qayıdacağı gözlənilir. 

Qeyd edək ki, matç "Atalanta"nın 2:0 hesablı qələbəsi ilə bitib. 


mənbə :
Report.az

Basindan xesaret alan qapici ciddi zededen qurtuldu