[r32]
2020-07-03T15:16:01 xeber –
"Qəbələ" futbol komandasında gələn mövsüm üçün baş məşqçi məsələsinə aydınlıq gəlib.
Bu barədə "Report"a klubun prezidenti Fariz Nəcəfov məlumat verib. O bildirib ki, Elmar Baxşıyev yenə komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, yarımçıq dayandırılan 2019/2020 mövsümündə 20 oyundan 19 xalla 8-ci yeri tutub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib.
mənbə :
Report.az