İçeriğe geçmek için "Enter"a basın

"Formula 1"də mövsüm başladı

03-07-2020

[r32]
2020-07-03T13:22:02 xeber –

"Formula 1"də yeni mövsümə start verilib. 

"Report"un məlumatına görə, bu gün Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Artır ilk test yürüşü başlayıb. 

İkinci sınaq isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq. 

Qeyd edək ki, "Formula 1"də yeni mövsümün ilk yarışı martda Avstraliyada keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən ləğv edilib. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.


mənbə :
Report.az

"Formula 1"de movsum basladi