İçeriğe geçmek için "Enter"a basın

"Bavariya" Almaniya millisinin üzvünü transfer etdi - RƏSMİ

03-07-2020

[r32]
2020-07-03T11:53:28 xeber –

Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi İngiltərə "Mançester Siti"sində çıxış edən Leroy Sanenin keçidini rəsmiləşdirib. 

24 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Onun hansı məbləğə transfer olunduğu açıqlanmayıb. 

Sane gələn həftədən etibarən komanda ilə 2020/2021 mövsümünün hazırlıqlarına başlayacaq. 


mənbə :
Report.az

"Bavariya" Almaniya millisinin uzvunu transfer etdi – RESMİ