İçeriğe geçmek için "Enter"a basın

"Real Madrid" liderliyini möhkəmlətdi

03-07-2020

[r32]
2020-07-03T02:07:38 xeber –

İspaniya La Liqasında XXXIII turun son oyununda "Real Madrid" və "Xetafe" komandaları üz-üzə gəlib. 

"Report"un məlumatına görə, Madriddəki "Alfredo Di Stefano" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub. 

Bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi "Barselona"dan 4 xal aralanıb. "Xetafe" isə 52 xalla 6-cıdır. 

"Real Madrid" liderliyini mohkemletdi