İçeriğe geçmek için "Enter"a basın

FIDE prezidenti ölkələri olimpiadada iştiraka səslədi

29-06-2020

[r32]

29 İyun, 2020  17:49 xeber –
Beynəlxalq Şahmat Federasiyası (FIDE) quruma üzv olan 195 ölkənin komandalarını Dünya Şahmat Olimpiadasında iştiraka cəlb etməyə çalışacaq. 

“Report”un məlumatına görə, bu barədə TASS-a müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlama verib. 

Koronavirus pandemiyasının nəticələrinə görə, Ümumdünya Şahmat Olimpiadası onlayn keçiriləcək. 

Dvorkoviç olimpiadanın bu il Rusiyanın Xanti-Mansisysk və Moskva şəhərlərində keçirilməli olan Olimpiadanı növbəti ilə təxirə saldıqlarını söyləyib: “Bu il onlayn olimpiada keçirəcəyik və 2-3 gündən sonra turnir üçün milli komandaların qeydiyyatı başlanacaq. Bizim 195 üzvümüz var. Komandanın hamısının iştirak edib-etməyəcəyini bilmirəm, amma səy göstərəcəyik. Ölkələrin 70 faizi iştirak edəcək, olimpiada, demək olar ki, bir ay davam edəcək”.

mənbə :
Report.az

FİDE prezidenti olkeleri olimpiadada istiraka sesledi