İçeriğe geçmek için "Enter"a basın

MLS-də 18 futbolçu koronavirusa yoluxdu

29-06-2020

[r32]

29 İyun, 2020  09:00 xeber –
ABŞ-ın MLS çempionatı koronavirus testlərinin nəticələrini açıqlayıb. 

“Report”un məlumatına görə, 18 futbolçunun və 6 işçinin testləri müsbət nəticələnib. Ümumilikdə, mövsümün yenidən başlaması ərəfəsində 668 futbolçu testdən keçib. 

Qeyd edək ki, MLS-də yeni mövsüm iyulun 8-də bərpa olunacaq. Turnir dünya çempionatı formatında Orlandoda keçiriləcək və 11 avqusta qədər davam edəcək. Oyunçular və klub rəsmiləri mütəmadi olaraq koronavirus testlərindən keçəcəklər. 

MLS-də mövsüm martın 12-də koronavirusa görə dayandırılıb. 

mənbə :
Report.az

MLS-de 18 futbolcu koronavirusa yoluxdu