İçeriğe geçmek için "Enter"a basın

'Arsenal' İngiltərə Kubokunun yarımfinalına çıxaraq rekorda imza atıb

28-06-2020

[r32]

28 İyun, 2020  21:12 xeber –
London “Arsenal”ı 30-cu dəfə İngiltərə Kubokunun yarımfinalına çıxıb.

“Report” xəbər verir ki, “topçular” 1/4 finalda “Şeffild Yunayted”i 2:1 hesabı ilə udublar.

“Arsenal” bununla “Mançester Yunayted”in nailiyyətini təkrarlayıb.

Yarımfinalların sayı üzrə üçüncü yeri “Everton” tutur. Komanda 26 dəfə bu mərhələyə yüksəlib. Siyahıda dördüncü yerdə 24 göstərici ilə “Liverpul” qərarlaşıb.

İngiltərə Kubokunun 1/4 finalında “Lester Siti” və “Çelsi” ilə qarşılaşıb. Həmçinin “Nyukasl Yunayted” və “Mançester Siti” üz-üzə gələcək.

İngiltərə Kubokunun hazırkı qalibi “Mançester Siti”dir. Komanda ötən finalda “Uotford”u 6:0 hesabı ilə darmadağın edib.

İngiltərə Kubokuna sahib olmada rekorda “Arsenal” imza atıb. İkinci yerdə “Mançester Yunayted” qərarlaşıb. Komanda kuboku 12 dəfə qazanıb. Siyahıda sonra “Çelsi” və “Tottenhem Hotspur” (8 dəfə) komandaları qərarlaşıb. 

mənbə :
Report.az

‘Arsenal’ İngiltere Kubokunun yarimfinalina cixaraq rekorda imza atib