[r32]
28 İyun, 2020 20:27 xeber – Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov “Etsgebirge” komandasının heyətində Almaniyanın II Bundesliqasında mövsümün son oyununa çıxıb.
“Report”un məlumatına görə, Aue təmsilçisi XXXIV tur matçında “Regensburq”un qonağı olub. “Regensburq Arena”da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Start heyətində yer alan Nazarov 90-cı dəqiqədə əvəzlənib.
Bununla da xalını 47-yə çatdıran “Ertsgebirge” çempionatı 7-ci pillədə tamamlayıb. 43 xala malik “Regensburq” 7-ci olub.
“Arminiya” 68, “Qarabağ”ın sabiq futbolçusu Ailton Silvanın müqavilə üzrə məxsus olduğu “Ştutqart” 58 xalla ilk 2 yeri tutub və Bundesliqaya vəsiqə qazanıb. “Veyen”, Drezden “Dinamo”su və “Nürnberq” isə III Diviziona enib.
mənbə :
Report.az