İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə dinc sakinləri öldürən terrorçular zərərsizləşdirildi

28-06-2020

[r32]

28 İyun, 2020  17:25 xeber –
Türkiyənin Van vilayətinin Çatak rayonunda üç terrorçu zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, əməliyyat havadan dəstək verilməklə polisin, xüsusi təyinatlı dəstənin və jandarmeriyanın iştirakı ilə keçirilib.

Nazirlikdə qeyd ediblər ki, zərərsizləşdirilən terrorçular iyunun 8-də Belbuka vadisində hücumda və iki dinc sakinin öldürülməsində iştirak ediblər.

Terrorçular işçilərin getdiyi avtomobilin yoluna partlayıcı qurğu qoyublar. 

mənbə :
Report.az

Turkiyede dinc sakinleri olduren terrorcular zerersizlesdirildi