[r32]
28 İyun, 2020 16:58 xeber – ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində etirazlar zamanı atışma olub.
“Report” xəbər verir ki, bu barədə şəhər polisi özünün “Facebook”dakı səhifəsində bildirib.
Qeyd edilir ki, Ceferson meydanındakı parkda baş verən hadisə zamanı 1 nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Yaralı universitet xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatı açıqlanmır.
Qeyd edək ki, bu, ABŞ-da baş verən ikinci silahlı insidentdir. Daha əvvəl də Kaliforniya ştatının Red-Blaff şəhərində atışma baş verib. “Walmart” ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.
mənbə :
Report.az