[r32]
27 İyun, 2020 13:56 xeber – “AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüm xüsusi reaksiyaya səbəb oldu”.
Sportnet.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov deyib.
Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi aralarındakı görüşlərinin daim olduğunu bildirib.
Sadıqovun sözlərinə görə, bu, birinci və axırıncı görüş deyil: “Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələrni olanda mən də təbrik edirəm. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər”.
mənbə :
Report.az