İçeriğe geçmek için "Enter"a basın

Rəşad Sadıqov: 'İngilis dilini mükəmməl şəkildə öyrənmək istəyirəm'

27-06-2020

[r32]

27 İyun, 2020  13:29 xeber –
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov ölkə xaricində məşqçi kimi işləmək istəyir. 

38 yaşlı keçmiş müdafiəçi bu barədə “Report”un “Instagram” səhifəsindəki canlı yayımda deyib. Sadıqov ingilis dilini öyrənməyi qarşısına şərt qoyduğunu bildirib. 

Keçmiş oyunçu bu dili bir az bildiyini sözlərinə əlavə edib: “Amma bu yetərli deyil. Futbolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəyəm. Bu səbəbdən, qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi dilə mükəmməl şəkildə buna yiyələnmək istəyirəm”.

mənbə :
Report.az

Resad Sadiqov: 'İngilis dilini mukemmel sekilde oyrenmek isteyirem'