İçeriğe geçmek için "Enter"a basın

'Sevilya' 'Valyadolid'lə bacara bilmədi

27-06-2020

[r32]

27 İyun, 2020  03:15 xeber –
İspaniya La Liqasının 32-ci turunun matçında “Sevilya” “Ramon Sançes Pisxuan” stadionunda “Valyadolid”lə heç-heçə edib.

“Report” xəbər verir ki, matçda hesab 25-ci dəqiqədə açılıb – “Valyadolid”in müdafiəçisi Kiko Olivas fərqlənib.

Statistikaya əsasən qarşılaşmaya “Sevilya” nəzarət edib – maçtda topa yiyələnmə (75%-in 25%-ə), qapılara zərbələr (14-ün 10-a) üstünlüyü bu komandaya məxsus olub. Bununla belə komanda yalnız 83-cü dəqiqədə hesabı bərabələşdirə bilib.

“Sevilya” 4-cü matçdır ardıcıl olaraq heç-heçə oynayaraq İspaniya çempionatında məğlubiyyətsiz oyun seriyasını 9 matça qədər uzadıb. “Valyadolid” isə əksinə, 4-cü ardıcıl oyundur ki, qələbə qazanmağa nail olmur.

“Sevilya” 32 turda 54 xal yığaraq, İspaniya çempionatında 4-cü yer tutur. “Valyadolid” 35 xalla 14-cüdür.

mənbə :
Report.az

'Sevilya' 'Valyadolid'le bacara bilmedi