İçeriğe geçmek için "Enter"a basın

'Yuventus' 'Leççe'ni darmadağın edib

27-06-2020

[r32]

27 İyun, 2020  02:18 xeber –
İtaliya çempionatının 29-cu turunun matçında “Yuventus” “Leççe”ni 4:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, görüş Turinin “Alyans” stadionunda olub. 

Matçın 31-ci dəqiqəsində qonaqlar Fabio Luçionenin meydançadan kənarlaşdırılmasına görə azlıqda qalıblar. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb — Paulo Dibala Kriştianu Ronaldunun ötürməsi ilə fərqlənib. 62-ci dəqiqədə meydan sahibləri hesabı 2:0-a çatdırıblar – Ronaldu 11 metrlik cərimə zərbəsini qola çevirib.

Matçın sonunda Qonsalo İquain üçüncü qolu vurub. Bir qədər sonra Duqlas Kosta qonaqları son dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

mənbə :
Report.az

'Yuventus' 'Lecce'ni darmadagin edib