İçeriğe geçmek için "Enter"a basın

Fransada yeni mövsümün başlama vaxtı açıqlandı

27-06-2020

[r32]

27 İyun, 2020  00:27 xeber –
Fransa Liqa 1-də 2020/2021 mövsümü avqustun 22-də başlayacaq.

“Report”un Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytına istinadən məlumatına görə, yeni təqvim Direktorlar Şurasının iclasında təsdiqlənib. İlk turun oyunları 22-23 avqustda keçiriləcək. 

Mövsümdə fasilə dekabrın 23-dən 2021-ci il yanvarın 6-dək veriləcək. Çempionat mayın 23-də başa çatacaq. Mayın 27-də və mayın 30-da isə 2021/2022 mövsümündə elitada çıxış etmək uğrunda pley-off matçları keçiriləcək.

Qeyd edək ki, Fransa Liqa 1 38 turdan 28-i keçirildikdən sonra koronavirusla əlaqədar vaxtından əvvəl yekunlaşdırılıb və PSJ çempion elan olunub. 

mənbə :
Report.az

Fransada yeni movsumun baslama vaxti aciqlandi