[r32]
26 İyun, 2020 17:01 xeber – Futbo üzrə Qazaxıstan çempionatının bərpa olunacağı vaxt açıqlanıb.
“Report” Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsüm iyulun 1-də bərpa olunacaq.
Çempionatın bərpası üçün təlimat hazırlanıb. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq.
Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.
mənbə :
Report.az