İçeriğe geçmek için "Enter"a basın

'Barselona'nın futbolçusu həftəsonu 'Yuventus'da tibbi müayinədən keçəcək

26-06-2020

[r32]

26 İyun, 2020  15:15 xeber –
İspaniyanın “Barselona” klubunun futbolçusu Artur Melo həftəsonu İtaliyaya yollanacaq. 

“Report” “RAC1″ə istinadən xəbər verir ki, 24 yaşlı yarımüdafiəçi “Yuventus”la müqavilə imzalamadan öncə tibbi müayinədən keçəcək. 

Daha əvvəl Turin təmsilçi braziliyalı oyunçu üçün Miralem Piyaniçi və əlavə 10 milyon avro verməyə razı olub. Hər iki oyunçu cari mövsümü hazırkı komandalarında başa vuracaq. 

Qeyd edək ki, Artur Melo bu mövsüm “Barselona” forması ilə 27 oyunda meydanda olub 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

mənbə :
Report.az

'Barselona'nin futbolcusu heftesonu 'Yuventus'da tibbi muayineden kececek