[r32]
26 İyun, 2020 14:15 xeber – UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələləri üçün püşatma mərasiminin vaxtı bəlli olub.
“Report” “Sky Sports”a istinadən xəbər verir ki, hər iki püşk iyulun 10-da olacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
1/4 finalın püşkündən dərhal sonra yarımfinalın püşkü atılacaq.
Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda olacaq. 1/8 finalın qalan oyunları 7-8 avqustda reallaşacaq.
mənbə :
Report.az