İçeriğe geçmek için "Enter"a basın

'Çelsi' iki il oynamayan futbolçusu ilə müqaviləni yenilədi - RƏSMİ

26-06-2020

[r32]

26 İyun, 2020  14:00 xeber –
İngiltərənin “Çelsi” klubu futbolçusu Marko van Ginkellə müqavilənin müddətini uzadıb. 

“Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Marko van Ginkel 2013-cü ildən “Çelsi”yə məxsusdur. O, bu müddət ərzində İtaliyanın “Milan” Niderlandın PSV və İngiltərənin “Stok Siti” klublarına icarəyə verilib. Ginkel 2018-ci ilin iyulunda dizindən əməliyyat olunub və o vaxtdan bəri heç bir matçda oynamayıb. 

mənbə :
Report.az

'Celsi' iki il oynamayan futbolcusu ile muqavileni yeniledi – RESMİ