İçeriğe geçmek için "Enter"a basın

Millimizin sabiq futbolçusu: 'Karyeramı davam etdirmək istəyirəm'

25-06-2020

[r32]

25 İyun, 2020  13:09 xeber –
“Klubla aramızda yeni müqavilə barədə danışıq olmayıb. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək”. 

Bu fikirləri “Report”a açıqlamasında “Sumqayıt”ın futbolçusu Rail Məlikov deyib. 35 yaşlı təcrübəli müdafiəçi klubun hələ ona müqavilə təklif etmədiyini bildirib. 

Azərbaycan millisinin sabiq futbolçusu yaxın günlərdə komandadakı taleyinə və gələcək karyerasına aydınlıq gələcəyini söyləyib: “Karyeramı davam etdirmək istəyirəm, amma hələ ki, tam qərar verməmişəm”.

Qeyd edək ki, Rail Məlikov 2016-cı ildən “Sumqayıt”da çıxış edir. 2004 – 2011-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş müdafiəçi ölkədə “Bakı”, “Neftçi”, “Qəbələ” və AZAL-ın da formasını geyinib. Məlikov 2014/2015 mövsümündə Türkiyədə “Denizlispor”da legioner həyatı yaşayıb. 

mənbə :
Report.az

Millimizin sabiq futbolcusu: 'Karyerami davam etdirmek isteyirem'