İçeriğe geçmek için "Enter"a basın

15 yaşlı futbolçu La Liqanın tarixinə düşdü

25-06-2020

[r32]

25 İyun, 2020  10:05 xeber –
İspaniyanın “Malyorka” klubunun futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb. 

“Report”un məlumatına görə, 2004-ci il təvəllüdlü yarımmüdafiəçi İspaniya çempionatında meydana çıxan ən gənc oyunçu kimi rekord müəyyənləşdirib. 

Romero XXXI turda “Real Madrid”ə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub. Meksikalı futbolçu 15 yaş 219-cu günündə La Liqa matçında iştirak edib. 

Qeyd edək ki, Luka Romero “Malyorka”nın yetirməsidir. Əvvəlki rekord “Selta”nın sabiq futbolçusu Sansona məxsus olub. İspaniyalı müdafiəçi 1939-cu il dekabrın 31-də “Sevilya”nı 4:1 hesabı ilə yendikləri qarşılaşmada 15 yaş 255 günündə debüt edib.

mənbə :
Report.az

15 yasli futbolcu La Liqanin tarixine dusdu