[r32]
25 İyun, 2020 09:19 xeber – “Neftçi”nin sabiq futbolçusu Slavko Braliç “Voyvodina” klubunun heyətində Serbiya Kubokunu qazanıb.
“Report”un məlumatına görə, 28 yaşlı müdafiəçinin komandası finalda “Partizan”la üz-üzə gəlib. Xorvatiyalı oyunçu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub. Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Voyvodina” penalti zərbələrini dəqiq yerinə yetirib – 4:2.
Qeyd edək ki, Slavko Braliç 2018/2019 mövsümü ərəfəsində “Neftçi” ilə bir illik müqavilə bağlayıb, 2019-cu ilin əvvəlində onun sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
mənbə :
Report.az