İçeriğe geçmek için "Enter"a basın

'Yuventus' Ronaldu və Dibalanın qolları ilə qələbə qazandı

23-06-2020

[r32]

23 İyun, 2020  02:08 xeber – Futbol üzrə İtaliya çempionatının 27-ci turunun matçında “Bolonya” “Yuventus”a 2:0 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, qarşılaşma Bolonyanın “Renato Dall Ara” stadionunda olub. 
Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştianu Ronaldu 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirməklə “Yuventus” azarkeşlərini sevindirib. 36-cı dəqiqədə Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb.

Qeyd edək ki, “Yuventus” 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. “Bolonya” isə 34 xalla 10-cu yerdə qərarlaşıb. Növbəti turda “Yuventus” öz meydanında “Leççe” ilə görüşəcək. Matç iyunun 26-sında olacaq.

mənbə :
Report.az

'Yuventus' Ronaldu ve Dibalanin qollari ile qelebe qazandi