İçeriğe geçmek için "Enter"a basın

'Mançester Siti' “Bernli”ni darmadağın edib

23-06-2020

[r32]

23 İyun, 2020  01:08 xeber – İngiltərə Premyer Liqasının 30-cu turunun matçında “Mançester Siti” “Bernli”ni 5:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, görüş Mançester şəhərinin “Etihad – Siti of Masnçester” stadionunda keçirilib.
Matçda hesab birinci hissənin ortalarında açılıb – 22-ci dəqiqədə Filip Foden qələbənin əsasını qoyub. Qarşılaşmanın 43-cü dəqiqəsində Riyad Mares “şəhərlilər”in hesabdakı üstünlüyünü artırıb – 2:0. Birinci hissəyə əlavə edilmiş vaxtda Mares 11 metrlik cəriməni səhvsiz reallaşdıraraq dubl edib.

Görüşdə dördüncü qolu ikinci hissənin əvvəllərində David Silva vurub. 63-cü dəqiqədə Qabriel Jezus rəqib komandanı sonuncu dəfə oyuna mərkəzdən başlamağa məcbur edib – 5:0

“Mançester Siti” bu qələbədən sonra 63 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yer tutur. Aktivində 39 xalı olan “Bernli 11-ci yerdə qərarlaşıb.

mənbə :
Report.az

'Mancester Siti' “Bernli”ni darmadagin edib