[r32]
22 İyun, 2020 15:15 xeber – “Keşlə” daha bir futbolçusu ilə yollarını ayıra bilər.
“Report”un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin paytaxt təmsilçisindəki durumu qeyri-müəyyəndir. Klub rəhbərliyi ilə 25 yaşlı yarımmüdafiəçinin ilk görüşü müsbət yekunlaşmayıb. Tərəflər madiyyət məsələsində razılığa gələ bilməyiblər. Halbuki “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov İsgəndərlini heyətində görmək istəyir.
Yarımmüdafiəçinin klubdakı taleyinə 1-2 gün ərzində aydınlıq gələcək.
Qeyd edək ki, “Keşlə” daha öncə kapitanı Slavik Alxasov, hücumçu Ruslan Qurbanov və müdafiəçi Cabir Əmirli ilə vidalaşıb. Vüsal İsgəndərli 2019/2020 mövsümünün əvvəlindən “Keşlə”də çıxış edir.
mənbə :
Report.az