İçeriğe geçmek için "Enter"a basın

6 qat dünya çempionu irqçilik əleyhinə mitinqdə iştirak etdi

22-06-2020

[r32]

22 İyun, 2020  13:02 xeber – “Formula 1” üzrə 6 qat dünya çempionu Lüis Hemilton Britaniyanın paytaxtı Londonda irqçiliyə qarşı mitinqdə iştirak edib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, britaniyalı pilot “mürəkkəb və multikultural dünyada bərabərliyi təbliğ edən” təşkilat yaratdıqlarını elan edib. 
Hemilton Krallığın Mühəndislik Akademiyası ilə birlikdə əlverişsiz iqtisadi və sosial şəraitdə olan azlıqların təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyatla bağlı bilikləri öyrənmələrini asanlaşdırmaqda vasitəçi olmaq niyyətindədir. 

Daha əvvəl Hemilton ulduz idmançıları müasir cəmiyyətdəki irqçilik problemi ilə bağlı açıq şəkildə mövqelərini bildirməyə çağırıb. 

mənbə :
Report.az

6 qat dunya cempionu irqcilik eleyhine mitinqde istirak etdi