İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda koronavirusdan ölənlərin sayı 360-a çatıb

22-06-2020

[r32]

22 İyun, 2020  10:41 xeber – Ermənistanda daha 320 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununlada Ermənistanda virusa yoluxanların sayı 20 588ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 360-a çatıb. İndiyədək 9 131 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 980 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu ötüb. Bunların 4,8 milyondan çoxu sağalıb, 470 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

mənbə :
Report.az

Ermenistanda koronavirusdan olenlerin sayi 360-a catib