[r32]
22 İyun, 2020 02:39 xeber – Futbol üzrə İspaniya La Liqasının 30-cu turunun növbəti oyunu keçirilib.
“Report” xəbər verir ki, “Real Madrid” səfərdə “Real Sosyedad” komandası ilə görüşüb. İkinci hissədə hesabı 11 metrlik cərimə zərbəsi ilə Serxio Ramos açıb.
Oyununn 71-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi artırıb, Kərim Benzema fərqlənib.
Görüşün 83-cü dəqiqəsində Mikel Mirino qollardan birinin əvəzini çıxıb.
Bununla da 65 xal yığan “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib, “Real Sosyedad” isə 47 xalla 6-cı yerdə qərarlaşıb.
mənbə :
Report.az