İçeriğe geçmek için "Enter"a basın

İspaniya komandasının baş məşqçisi istefaya göndərildi

21-06-2020

[r32]

21 İyun, 2020  10:15 xeber – Xoan Rubi İspaniyanın “Betis” futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

“Report”un məlumatına görə, bu qərar La Liqanın XXX turunda “Atletik”ə 0:1 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra verilib. 50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib. 
Truxilyo 7 mövsüm ərzində “Betis” forması ilə 264 matçda iştirak edib. O, 2016/2017 mövsümündə də son 2 matçda komandanın sükanı arxasında olub.

Qeyd edək ki, 30 oyundan sonra 30 xalla 14-cü yerdə gedən “Betis” növbəti turda “Levante”nin qonağı olacaq. Oyun iyunun 28-də keçiriləcək. 

mənbə :
Report.az

İspaniya komandasinin bas mesqcisi istefaya gonderildi