İçeriğe geçmek için "Enter"a basın

'Atletiko' 'Valyadolid'i yenərək turnir cədvəlində 3-cü pilləyə yüksəlib

21-06-2020

[r32]

21 İyun, 2020  02:14 xeber – İspaniya La Liqasının 30-cu turunun matçında Madrid “Atletiko”su “Valyadolid”i qəbul edib.

“Report” xəbər verir ki, görüş Madridin “Vanda Metropolitano” stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolun müəllifi “Atletiko”nun yarımmüdafiəçisi Vitolo olub. 30 yaşlı futbolçu 81-ci dəqiqədə dəqiq zərbə ilə topu qonaqların qapısından keçirib.

Hazlrda “Atletiko” yarış cədvəlində üçüncü yeri tutur. Madrid komandasının aktivində 52 xal var. “Valyadolid” 33 xalla 15-ci yerlə kifayətlənməli olub.

mənbə :
Report.az

'Atletiko' 'Valyadolid'i yenerek turnir cedvelinde 3-cu pilleye yukselib