[r32]
20 İyun, 2020 14:10 xeber – Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Rəhim Qasımov beynəlxalq turnirə dəvət alıb.
“Report” Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, referi yaşı 20-dək olan fiziki məhdudiyyətli şahmatçılar arasında ilk dəfə təşkil olunacaq Onlayn Gənclər Kubokunda ədaləti qoruyacaq. Turnirdə 17 milli federasiyanın nümayəndəsi iştirak edəcək. Yarış iyunun 21-də start götürəcək.
mənbə :
Report.az