İçeriğe geçmek için "Enter"a basın

UEFA Fransa klubunu cəzalandırdı

19-06-2020

[r32]

19 İyun, 2020  20:16 xeber – UEFA Fransanın “Marsel” klubunu cəzalandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub.
Klubu 3 milyon avro məbləğində cərimələyən qitə futbol qurumu 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.

Bundan əlavə, “Marsel” qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək.

 Qeyd edək ki, klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəyi gözlənilir.

mənbə :
Report.az

UEFA Fransa klubunu cezalandirdi