[r32]
19 İyun, 2020 18:26 xeber – Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.
“Report” PFL-in saytına istinadən xəbər verir ki, saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq. Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
mənbə :
Report.az