İçeriğe geçmek için "Enter"a basın

Neymar məhkəmədə 'Barselona'ya uduzdu

19-06-2020

[r32]

19 İyun, 2020  16:02 xeber – “Barselona” ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.

“Report” ESPN nəşrinə istinadən xəbər verir ki, məhkəmə hazırda Fransa PSJ-sində çıxış edən braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 22 milyon avroluq mükafat tələbəni rədd edib.
Üstəlik, 28 yaşlı forvard qarşı tərəfə 7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

mənbə :
Report.az

Neymar mehkemede 'Barselona'ya uduzdu