İçeriğe geçmek için "Enter"a basın

'Qəbələ'nin 5 futbolçusu yerli klubların maraq dairəsindədir

19-06-2020

[r32]

19 İyun, 2020  13:40 xeber – “Qəbələ”nin bir neçə futbolçusu Azərbaycan Premyer Liqasında çıxış edən klubların maraq dairəsinə düşüb.

Bu barədə “Report”a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.
Əzizov rəsmisi bildirb ki, 5 oyunçu digər komandaların diqqət mərkəzindədir: “Onları istəyən klublarla şifahi danışığımız olub. Amma Azərbaycan klubları çox da transfer məbləği ödəmək iqtidarında deyillər. Baxacağıq. Həmin 5 futbolçu arasında həm yerlilər, həm də legionerlər var”.

Z.Əzizov hazırda icarə əsasında İsrailin “Hapoel” (Kiryat-Şmona) klubunda çıxış edən nigeriyalı hücumçu Ceyms Adeniyinin yenidən “Qəbələ”yə qayıtmaq ehtimalına da toxunub: “Adeniyi yüksək ödənişli futbolçudur. Yeni mövsümün büdcəsi ilə bağlı məsələ hələ müzakirə olunmadığından, bu barədə nə isə demək çətindir. Hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcək”.

Qeyd edək ki, 2018-ci ilin yayında “Qəbələ” ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub. Daha əvvəl əyalət komandasının 3 futbolçusu – Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli “Sabah” klubu ilə müqavilə bağlayıb. 

mənbə :
Report.az

'Qebele'nin 5 futbolcusu yerli klublarin maraq dairesindedir