[r32]
19 İyun, 2020 12:04 xeber – Veloparkda keçirilmiş şose velosipedi üzrə Bakı birinciliyində xoşagəlməz hadisə baş verib.
“Report”un məlumatına görə, bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat katibi Pərviz Musayev şəxsi “Facebook” hesabında paylaşım edib. O bildirib ki, gənclər/U23 kateqoriyasının yarışı zamanı Azərbaycan Milli Antidopinq Agentliyinin xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxıb. Nəticədə idmançılardan biri – İbad Abbasov yıxılaraq zədələnib.
Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon qabaq təkəri əyilib.
mənbə :
Report.az