[r32]
19 İyun, 2020 11:22 xeber – UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları bəlli olub.
“Report”un məlumatına görə, ÇL-də I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq. Həmin gün Azərbaycan çempionu “Qarabağ”ın qitənin bir nömrəli klub turnirində rəqibi bəlli olacaq. Avqustun 10-da isə Avropa Liqasında I seçmə mərhələnin püşkü atılacaq, nəticədə “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqibləri müəyyənləşəcək.
ÇL püşkatmaları:
I seçmə mərhələ – 9 avqust
II seçmə mərhələ – 10 avqust
III seçmə mərhələ – 31 avqust
Pley-off mərhələsi – 1 sentyabr
Qup mərhələsi – 1 oktyabr
AL püşkatmaları:
I seçmə mərhələ – 10 avqust
II seçmə mərhələ – 31 avqust
III seçmə mərhələ – 1 sentyabr
Pley-off mərhələsi – 18 sentyabr
Qrup mərhələsi – 2 oktyabr.
mənbə :
Report.az